Vahid Əhmədov maliyyə bazarlarında yaranmış ciddi problemlər haqda
Vahid Əhmədov maliyyə bazarlarında yaranmış ciddi problemlər haqda
28 Sentyabr 2016 / 15:58 / Baxış sayı: 880
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Azərbaycanın maliyyə bazarında ciddi problemlər yaranmaqdadır”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, “Mərkəzi Bank haqqında” qanuna və digər qanunlara dəyişikliklər maliyyə bazarında ciddi problemlər yaradır:

“Mərkəzi Bank manat kütləsini azaltmaqla inflyasiyanı cilovlamaq istəyir. Maliyyə Nazirliyi isə büdcədə kəsirin olmamasına çalışır. Maliyyə Bazarlarına Nəzarət Palatası banklarda problemin olmamasını istəyir. Palata banklarda sağlamlaşdırmaya nail olmaq üçün kredit verilməməsinə çalışır. Bütün bunlar çox ciddi problemlər yaradır”.

V.Əhmədov əlavə edib ki, aidiyyəti qurumlar ölkədə maliyyə-iqtisadi sabitliyin təmin olunmasına xidmət göstərən tədbirlər görməlidir.

Bizimxeber.az 



Vahid Əhmədov maliyyə bazarlarında yaranmış ciddi problemlər haqda yazısına 2 şərh yazıldı

Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə