Vado ermənipərəst TV-də – “Tərəddüd edirdim” + Fotolar
Vado ermənipərəst TV-də – “Tərəddüd edirdim” + Fotolar
30 Sentyabr 2016 / 16:02 / Baxış sayı: 1104
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Parni iz Baku” KVN komandasının sabiq üzvü, “Vado” kimi tanınan Vadim Korovin ermənipərəst mövqeyi ilə seçilən TNT kanalının istehsalı olan “Olqa” serialına dəvət alıb.
Bu barədə AzNews.az-a aktyor özü özü məlumat verib. O bildirib ki, serialın prodüserləri sabiq “KVN”şiklərdir: “Onlar məni tanıyırdılar. Mənə uyğun bir obraz olub, belə məsləhət görüblər ki, onu o rolda oynayım. Dəvət etdilər, mən də razılıq verdim. Lakin əvvəlcə tərəddüdüm var idi. Düşünürdüm ki, görəsən gedim, ya getməyim!? Belə qənaətə gəldim ki, əgər kanalın ermənilərlə yaxınlığı varsa çəkilməyim lazımdır, yəni, orada Azərbaycanla bağlı nə baş verdiyini bilmək daha yaxşı olar. Çəkiləndə gördüm ki, bizim qrupda heç bir erməni yoxdur. Hamısı ruslardır. Ermənilərin öz “kruq”ları var. Ona görə mənə təzyiq, filan yoxdur”.

V.Korovin serialın süjet xətti ilə bağlı da məlumat verib: “Serialın qəhrəmanı olan Olqanın himayəsində atası, bacısı və 2 uşağı var. Qadın tək işləyir, ailəsinə kömək eləmək istəyir. Qadının ikinci uşağı Dimadır, onun atası azərbaycanlıdır. Nə vaxtsa Olqa ilə yaşayıb və bir müddətdən sonra Bakıya öz ailəsinin yanına qayıdıb. Mən serialda Bakıya qayıdan kişinin qardaşı rolunu canlandırıram. Filmdə Moskvada işləyən və imkan daxilində qardaşının atıb getdiyi ailəyə köməklik göstərən bir kişiyəm”.

Aktyor serialda daha bir azərbaycanlı aktyorun rol aldığını vurğulayıb: “Fərhad Hüseynov adlı azərbaycanlı da bizimlə bir yerdə çəkili. O, nə vaxtsa Azərbaycanda işləyib. Uzun müddətdir ki, Moskvada yaşayır. Filmin qalan bütün aktyorları ruslardır”.

Aktyor onu da qeyd edib ki, Rusiyanın reytinq şirkətinin məlumatına görə, “Olqa” bütün serialları geridə qoyub.

Bizimxeber.az 




Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə