Vəziyyəti ağırlaşan Muxtar Manıyevdən xəbər var
Vəziyyəti ağırlaşan Muxtar Manıyevdən xəbər var
09 Sentyabr 2016 / 12:32 / Baxış sayı: 860
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bir neçə gün əvvəl vəziyyəti ağırlaşaraq xəstəxanaya yerləşdirilən Xalq artisti Muxtar Maniyevin səhhəti normallaşıb. 

Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsindən AzNews.az-a verilən məlumata görə, aktyorun qanaxması dayandırılıb: “Hazırda Muxtar Maniyevin huşu aydındır, tənəffüs prosesində hər hansı problem yoxdur. Özünü yaxşı hiss edir”. 

Xəstəxanadan onu da bildiriblər ki, yaxın günlərdə aktyor evə buraxılacaq. Xatırladaq ki, sentyabrın 2-də Xalq artisti Muxtar Maiyevin səhhəti qəfil pisləşib və onu Bakı Sağlamlıq Mərkəzinin Reanimasiya Şöbəsinə yerləşdiriblər.

Onu da bildirək ki, M. Maniyev şəkərli diabetdən əziyyət çəkir. Bu səbəbdən 2015-ci il avqustun 11-də Xalq artistinin sol ayağı, bu ilin martın 15-də isə isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə