Vətəndaşlar SOCAR-a investisiya yatırmaq imkanı qazanırlar
Vətəndaşlar SOCAR-a investisiya yatırmaq imkanı qazanırlar
09 Sentyabr 2016 / 11:08 / Baxış sayı: 764
Font1 Font2 Font3 Font4
Bizimxeber

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycan vətəndaşları üçün yeni investisiya imkanı təqdim etməyə hazırlaşır. Bu barədə SOCAR-dan bildirilib.

Məlumata görə, söhbət SOCAR istiqrazlarından gedir. Şirkətin qiymətli kağızları ictimaiyyətə sentyabrın 16-da təqdim ediləcək.

İstiqrazların satışına sentyabrın 20-dən başlanacaq və bu proses oktyabrın 10-na qədər davam edəcək. Nominal dəyəri 1000 dollar olacaq istiqrazlar illik 5% gəlir gətirəcək. Faizlər 3 aydan bir ödəniləcək. İstiqrazlardan əldə olunacaq gəlirdən vergi tutulmayacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə