Vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edildi
Vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edildi
15 Sentyabr 2016 / 14:25 / Baxış sayı: 428
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bəzi kütləvi informasiya vasitələrində sentyabrın 14-də bir qrup vətəndaşın, o cümlədən Alya Təmrazova, Sevda Süleymanova, Mətanət Mahmarzayeva və başqalarının prokurorluq orqanları əməkdaşları tərəfindən guya onların müraciətlərinə obyektiv baxılmaması, şikayətlərində qaldırılan problemlərin həll edilməməsinə etiraz əlaməti olaraq Baş Prokurorluğun inzibati binası qarşısında aclıq aksiyası keçirmələri barədə informasiyalar yayılmışdır.

Həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən təkzib olunur. Belə ki, qeyd edilən vətəndaşlar Baş prokuror tərəfindən şəxsən qəbul edilərək şikayətləri dinlənilmiş və müraciətlərində qaldırılan məsələlərin həlli üçün Baş Prokurorluğun aidiyyəti vəzifəli şəxslərinə konkret tapşırıqlar verilmişdir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə