“Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Ağsu rayonunda…
“Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Ağsu rayonunda…
09 Sentyabr 2016 / 18:35 / Baxış sayı: 674
Font1 Font2 Font3 Font4
Bizimxeber

Referendum üzrə “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupu Ağsu rayonunda növbəti tədbirini keçirmişdir. Tədbirdə MQF-nin prezidenti Rauf Zeyni, Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan və Təhsil işçiləri, Həmkarlar İttifaqının Ağsu rayon şöbəsinin sədri Sərdar Məmmədov iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Sərdar Məmədov tədbir iştirakçılarını salamladı və daha sonra 26 sentyabr tarixində keçiriləcək referenduma təklif edilən əlavə və dəyişikliklərin əhəmiyyəti və mahiyyəti barədə məruzə etdi. Daha sonra isə söz Novruz Aslana verildi. O, tədbir iştirakçılarına referenduma təklif edilən əlavə və dəyişikliklər və onların 3 blokda cəmləşdiyi barədə məlumat verdi.

Tədbirdə iştirak edən rayon ictimaiyyəti çıxış edərək keçiriləcək referendumun vacibliyini vurğuladı və hamılıqla səsvermədə iştirak edəcəklərini vurğuladılar. Bundan sonra Rauf Zeyni çıxış edərək müstəqilliyimiz, təhlükəsizliyimiz, dünyada gedən qlobal proseslərdə Azərbaycanın maraqlarının müdafiəsi, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən aparılan milli, bəşəri və mütərəqqi siyasətin mahiyyəti, “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası, vətəndaş cəmiyyətinin inkişafı və referendumda konstitusiyaya təklif edilən dəyişikliklər və əlavələr və daha sonra Azərbaycan dövlətinin inkişafı ilə əlaqədar məsələlərə kompleks münasibət bildirmişdir. Tədbir iştirakçıların suallarının cavablandırılması ilə başa çatmışdır.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə