Vəkili “Lotu Quli”yə sui-qəsddən danışdı: “Həyatına təhlükə olub”
Vəkili “Lotu Quli”yə sui-qəsddən danışdı: “Həyatına təhlükə olub”
26 Oktyabr 2016 / 14:29 / Baxış sayı: 1490
Font1 Font2 Font3 Font4
Bizimxeber

“İndiyədək “Quli” mənə zəhərlənməsi təhlükəsiylə bağlı məlumat verməyib. Düzdür, bəzən onun həyatına təhlükə olub, bir sıra təhdidlər barədə də eşitmişik. Ancaq konkret zəhərləməklə bağlı aramızda söhbət olmayıb”. 

Bunu açıqlamasında hazırda Qobustan həbsxanasında cəza çəkən kriminal aləmin tanınmış nümayəndəsi, “Lotu Quli” ləqəbli Nadir Səlifovun vəkili Təranə Əliyeva bildirib. Vəkilin sözlərinə görə, o, bu gün həbsxanada “Quli”ylə yenidən görüşəcək və bu iddialar barədə ondan soruşacaq: “Sözügedən yazıları axşam oxumuşam. İndi bir söz deyə bilmərəm. Bu gün onunla görüşəcəm və bu barədə soruşacağam”. 

Xatırladaq ki, dünən virtualaz.org saytında “Rövşən Lənkəranski”nin İlqar adlı killerinin “Lotu Quli”yə sui-qəsd hazırlamasıyla bağlı material yayımlanıb. İddiaya görə, hadisələr 2009-cu ildə cərəyan edib. Məlumata deyilir ki, “Lotu Quli”nin o vaxt cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində öldürülməsi planını “Rövşən Lənkəranski”nin klanına daxil olan İlqar adlı şəxs hazırlayıb və o, “Lotu Quli” ilə eyni həbsxanada cəza çəkən Hikmət Muxtarovla hansısa yolla yaxın münasibət qurub.

Daha sonra “Lotu Quli”ni həbsxanada öldürmək üçün inanılmış adam tapdığını “Rövşən Lənkəranski”yə çatdırıb. Sonuncu bu təkliflə razılaşıb və məsələnin həllini İlqara həvalə edib. Plan baş tutsaydı, Hikmət Muxtarov bunun müqabilində 500 min dollar alacaqdı. Amma plan baş tutmayıb, çox güman ki, “Lotu Quli”nin həbsxanada ona sui-qəsd hazırlanmasından xəbəri olub və zəhərləmə əməliyyatı alınmayıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə