“Üz tuta biləcəyimiz ünvan qalmayıb” -atası komada olan jurnalist
“Üz tuta biləcəyimiz ünvan qalmayıb” -atası komada olan jurnalist
19 Oktyabr 2016 / 17:28 / Baxış sayı: 868
Font1 Font2 Font3 Font4
Bizimxeber

“Atamın komada olmasından 8 ay ötüb, 9-cu ay gedir. Bu müddətdə bir dəyişiklik olmasa da, biz ümidimizi itirmirik”. Bu fikirləri Qaynarinfo.Az-a komada olan yazıçı-publisist Əli Əliyevin oğlu, jurnalist İmdad Əlizadə bildirib. 

Jurnalist bildirib ki, beynindən edilən əməliyyat da yazıçının səhhətində heç bir dəyişiklik yaratmayıb.

“Atamın “54 gün mühasirədə” kitabının satışından toplanan vəsait onun əməliyyatına və bir aylıq xəstəxana xərclərinə sərf olundu. Təbii ki, gün geçdikcə vəziyyət çətinləşir. 9 ay özəl xəstəxanada xəstə saxlamaq asan deyil. Bu bir məcburi köçkün ailəsi üçün isə əlçatmazdı. Sağ olsun, dostları, yaxınları, xeyirxah insanları bu müddətdə bizə dəstək olublar.

Amma indi nə özümüzdə imkan qalıb, nə də üz tuta biləcəyimiz bir şəxs, ünvan var. Atamın durumu isə onu xəstəxanadan çıxarmağa imkan vermir. Çünki atam bu gün də xəstəxananın reanimasiya şöbəsində müalicə olunur. Reanimasiyada müalicə olunan xəstəni evə necə aparmaq olar? Bu xəstəni ölümə aparmaq kimi bir şeydi.

Bizim yaşadığımız uşaq bağçasında olan durum vəziyyət isə ora xəstə aparmağa imkan vermir. Bütün bunlara görə, çox çətin və çıxılmaz durumdayıq”.

 Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə