Usta işlədiyi evdən 70 minlik qızıl oğurladı
Usta işlədiyi evdən 70 minlik qızıl oğurladı
18 Noyabr 2016 / 16:23 / Baxış sayı: 886
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda 70 min manatlıq qızıl əşyalarını oğurlamış Kürdəmir sakini tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, noyabrın 15-də Səbail rayonu ərazisində yaşayan Gülşən Rəfiyeva 9-cu Polis bölməsinə müraciət edərək sentyabrın 12-də evində usta işləyən Kürdəmir rayon sakini Rəşad Ömərov tərəfindən 70.000 manat dəyərində qızıl əşyalarının oğurlandığını bildirib.

Səbail RPİ 9-cu PB əməkdaşları tərəfindən aparılmış araşdırmalarla fakt təsdiqini tapıb və həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən R.Öməriov tutulub.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə