Uşağın gözü qarşısında atasını oğurladılar – Şok kadrlar
Uşağın gözü qarşısında atasını oğurladılar – Şok kadrlar
12 Noyabr 2016 / 15:05 / Baxış sayı: 1236
Font1 Font2 Font3 Font4
Bizimxeber

Uşağın qışqırtısına məhəl qoymayan quldurlar maşını sahibi ilə birlikdə qaçırırlar. 5 yaşlı oğlan maşının arxasınca qaçır, sonra ağlaya-ağlaya geri  qayıdır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Braziliyanın Ril de Janeyro şəhərində, Dudu di Kaşias səmtində yaşanıb.
Ata-anasını görməyə gəlmiş 35 yaşlı Alehandro Martines maşını binanın qarşısında saxlayan kimi ora qara rəngli avtobil yaxınlaşıb. Həmin avtomobildən düşənlər Martinesi tapançalarla hədələyiblər və maşının açarlarını ondan alıblar.
Daha sonra quldurlar Martinesi də maşına oturdaraq aradan çıxıblar.
5 yaşlı Fernandu bunları görüb. O, atasının zorla maşına otuzdurulduğu görəndə qorxub, ağlamağa başlayıb. Maşın yerindən tərpənəndə isə Fernandu avtomobilin arxasınca qaçmağa başlayıb.
Sonra o, geri qayıdıb. Uşağı qonşu görüb, babasının yanına aparıb.
Alehandro Martines ertəsi gün Rio de Janeyronun şimalındakı Mare favelasında, ağır xəsarətlər alaraq yaralanmış halda tapılıb.
Braziliyada belə maşın qaçırılması adi haldır. Quldurlar qaçırdıqları maşınlardan cinayətlərində istifadə edir, sonra atıb gedirlər.
 
Bizimxeber.az 


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə