Uorlik tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb
Uorlik tərəfləri atəşkəs rejiminə əməl etməyə çağırıb
27 Sentyabr 2016 / 17:50 / Baxış sayı: 552
Font1 Font2 Font3 Font4
Bizimxeber

“ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəsə riayət edilməsi üçün tərəflərlə fəal iş aparırlar”. “Aysor” saytının verdiyi məlumata görə, bunu ATƏT Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bəyan edib.

O bildirib ki, hərbi əməliyyatların azaldılması danışıqları mümkün edir. Həmsədrin sözlərinə görə, tərəflər Vyana və Sankt-Peterburq razılaşmalarının reallaşdırılması, o cümlədən ATƏT missiyasının genişləndirilməsi istiqamətində birgə fəaliyyət göstərməlidir. “Nyu-Yorkda Edvard Nalbandyan və Elmar Məmmədyarovla nizamlanmaya gətirə biləcək danışıqların davamı üçün atmosferi yaradacaq gələcək addımları müzakirə etdik”, – deyə o vurğulayıb.

Həmsədrlərin yaxın zamanlarda bölgəyə səfər edəcəyini deyən C.Uorlik bununla belə səfərin tarixinin hələlik müəyyənləşdirilmədiyini bildirib.

Ermənistanın yeni silahları, konkret olaraq raket komplekslərini əldə etməsinin, habelə Azərbaycanda keçirilən referendumun Dağlıq Qarabağ nizamlanmasına necə təsir edə biləcəyi ilə bağlı suala isə C.Uorlik belə cavab verib: “Həmsədrlər tərəfləri danışıqlar prosesinə mənfi təsir göstərə biləcək addımlardan uzaq durmağa çağırırlar”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə