Universitetdə qanlı olay
Universitetdə qanlı olay
30 Noyabr 2016 / 22:10 / Baxış sayı: 1700
Font1 Font2 Font3 Font4
Bizimxeber

Bakıda tələbə universitetin qarşısında döyülüb.

Hadisə Azərbaycan Universitetində baş verib.

Əldə etdiyimiz məlumata görə, bir oğlan tələbə universitetin yaxınlığında əvvəl dəmir parçalarla döyülüb, sonra da bıçaqlanıb.

Oğlanın universitetdə qız tələbələrdən birinə söz atdığı üçün döyüldüyü deyilir. Həmin qız bu barədə sevgilisinə məlumat verib. Qızın sevgilisinin göndərdiyi şəxslər isə oğlanı döyüblər.

Həmin gün universitetdə iki qız arasında da dava olub. Tələbə qızlardan biri digərini döyüb. Onlar arasındakı davanın səbəbi isə hələ ki, bilinmir. Tələbə qız universitetin qarşısında hər kəsin gözü qarşısında döyülüb.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə