Ulduz Şokolad Fabriki Beynəlxalq Qida Sərgisində…
Ulduz Şokolad Fabriki Beynəlxalq Qida Sərgisində…
23 Noyabr 2016 / 11:53 / Baxış sayı: 574
Font1 Font2 Font3 Font4
Bizimxeber

Şirkət ölkəmizi “Made in Azerbaijan” brendi ilə təmsil edir

Ulduz Şokolad Fabriki Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil olunmuş “FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisində iştirak edir.

Şirkətdən Bizimxeber.az-a verilən məlumata görə, noyabrın 24-nə qədər davam edəcək “FOODEX SAUDİ 2016” Beynəlxalq Qida sərgisində ümumilikdə dünyanın 32 ölkəsindən 200-dən çox fabrikin 450 brendi iştirak edir.

Səudiyyə Ərəbistanının şahzadəsi Fahat Bin Muqrin Bin Abdul Əziz tərəfindən təşkil olunan beynəlxalq sərgidə Kanada, İspaniya, İtaliya, Yunanıstan, Türkiyə, Portuqaliya, Peru, Ukrayna, Yaponiya, Çin, Misir, Fələstin, Pakistan, Tailand, Mərakeş, Şri-Lanka və digər ölkələrin tanınmış brendləri iştirak edirlər.

Beynəlxalq sərgidə ölkəmizi “Made in Azerbaijan” adı altında yalnız Ulduz Şokolad Fabriki təmsil edir. Fabrik özünün beynəlxalq standartlara cavab verən yüksək keyfiyyətli məhsulları ilə sərgi iştirakçılarının böyük marağına səbəb olub. Qeyd edək ki, 5 oktyabr 2016-ci il tarixində Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması məqsədilə Azərbaycan prezidenti İlham Əliyev “Made in Azerbaijan” brendi ilə bağlı fərman imzalamışdır.

Bizimxeber.az

IMG_9826 IMG_9824 IMG_9822 IMG_9820 IMG_9816 IMG_9807 Əsas şəkil

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə