Ukraynanın `Eurovision`nu keçirməyə pulu yoxdur
Ukraynanın `Eurovision`nu keçirməyə pulu yoxdur
07 Noyabr 2016 / 16:55 / Baxış sayı: 576
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukrayna “Eurovision” Mahnı Müsabiqəsini keçirməklə bağlı maliyyə problemi ilə üzləşib.

Müğənni Camalanın qələbəsi ilə əlaqədar müsabiqəni keçirmək hüququnu qazanmış Ukrayna bu məqsədlə 442 milyon qriven ayırıb.

Bu vəsait Azərbaycanın 2012-ci ildə “Eurovision” Mahnı Müsabiqəsini təşkil etmək üçün ayırdığı vəsaitdən 3 dəfə azdır.

Ukrayna Milli Teleşirkətinin direktoru Zurab Alasaniyanın istefası da bunu təsdiqləyir. Z. Alasaniya deyib ki, maliyyə çatışmazlığı böhran həddindədir. Avropa Yayım İttifaqının vəd etdiyi yardımının da problem həll edəcəyi ehtimalı azdır. O, eyni zamanda müsabiqə təşkilatçılarının çoxlu sayda bürokratik maneələrlə üzləşdiyini vurğulayıb.

Əgər Ukrayna “Eurovision” Mahnı Müsabiqəsini təşkil edə bilməzsə, müsabiqənin təşkili hüququ Rusiyaya keçir. Ancaq Ukrayna və Rusiya arasında münasibətlərin gərgin olması da əlavə problem yaradır. (Apa)

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə