Ukrayna neft tranzitini həyata keçirəcəkmi?
Ukrayna neft tranzitini həyata keçirəcəkmi?
07 Sentyabr 2016 / 15:26 / Baxış sayı: 704
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ukraynanın dövlət şirkəti “Ukrtransnafta” (Ukrayna neft kəmərlərinin operatoru) bildirir ki, Azərbaycan neftinin Çexiya, Macarıstan və ya Slovakiyaya tranzitini həyata keçirməyə hazırdır.

Virtualaz.org xəbər verir ki, bu haqda şirkətdən UNİAN agentliyinə bildiriblər.

“Şirkətin müvafiq infrastrukturu Azərbaycan neftinin tranzitinə hazırdır…Odessa-Brodı magistral neft kəməri Azeri Light neftinin texnoloji növü ilə doldurulub və nefti “Brodı” stansiyasına nəql etməyə hazırdır”-açıqlamada deyilir.

Bundan əvvəl isə xəbər verilmişdi ki, Azərbaycan neftinin tranziti üçün şirkət Ukrayna hökumətindən texnoloji neft əməliyyatlarının Nazirlər Kabineti ilə razılaşdırılmasına dair qaydanın ləğvinə nail olmalıdır. Ötən həftə “Ukrtransnafta” Nazirlər Kabinetinə belə sorğu göndərib, ancaq iki nazirlik-Maliyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyi etiraz edib.

Enerji məsələləri üzrə ekspert Yuri Korolçuk isə ümumiyyətlə Azərbaycan neftinin Ukraynadan tranzitinə şübhə ilə yanaşır. “Mənim bildiyim qədər şirkətin bu açıqlaması ona hesablanıb ki, indiki rəhbərlik neft tranzitinin 20 faiz aşağı düşməsinə haqq qazandırmağa çalışır. Yəni demək istəyirlər ki, baxın, tranziti artırmaq imkanı var. Doğrudan da prezident Poroşenko Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlarda bu məsələni qaldırıb. Lakin bu daha çox nəzakət xatirinə söhbət idi. Əliyev izah edib ki, Azərbaycan bununla məşğul olmayacaq”-ekspert deyib.

Korolçukun bildirdiyinə görə, texniki baxımdan Ukrayna Azərbaycan neftini qəbul etməyə hazırdır. Lakin istənilən halda bu tranzit svop mexanizmi ilə həyata keçiriləcək ki bu da nefton tonunun 40 dollar baha başa gəlməsinə səbəb olacaq. Bu isə neftin “Odessa-Brodı” kəməri ilə və daha sonrakı nəqlinin dəyəridir. Ekspertin fikrincə, heç kim kommersiya baxımından sərfəli olmayan bu neft əməliyyatı ilə məşğul olmaq niyyətində deyil.

Habelə ekspertin fikrincə, Odessa-Brodı kəməri ilə nəql olunacaq neftin Avropada kimə satılacağı da dəqiqləşdirilməyib. Bu kəmər nefti Polşanın “Drujba” stansiyasına qədər nəql edə bilər. Orada isə başqa keyfiyyətdə Rusiya nefti qəbul edilir. Daha yüksək keyfiyyətli Azərbaycan neftini bu neftlə qarışdırmaq sərfəli deyil. “Mən hələ onu demirəm ki, Avropada heç bir neftayırma zavodu Odessa-Brodı kəməri ilə nəql olunacaq Azərbaycan neftindən istifadə etmək arzusunu ifadə etməyib”-Korolçuk deyib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə