Ucarda iki avtomobil toqquşdu – 3 yaralı + Fotolar
Ucarda iki avtomobil toqquşdu – 3 yaralı + Fotolar
20 Noyabr 2016 / 15:30 / Baxış sayı: 1158
Font1 Font2 Font3 Font4
Bizimxeber

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Bizimxeber.az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ucar- Zərdab yolunun Ucar rayonunun Qazyan kəndindən keçən hissəsində qeydə alınıb.

Ucar rayonunun Lək kənd sakini 1968-ci il təvəllüdlü Ətraf Ağarəhim oğlu Tağıyevin idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə həmin rayonun Qazyan kənd sakini 1985-ci il təvəllüdlü Daşqın Həsən oğlu Həmidov idarə etdiyi “VAZ 2107” markalı minik avtomobili toqquşub. Nəticədə hər iki sürücü və “VAZ 2107” markalı maşında olan sərnişin, sürücünün həmkəndlisi olan 1991-ci il təvəllüdlü Elnur Bilal oğlu Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, hadisəyə səbəb “VAZ 2107” markalı avtomobilin dönmə əməliyyatını düzgün yerinə yetirməməsidir. Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Bizimxeber.az

 

Ucarda iki avtomobil toqquşdu -  3 yaralı + Fotolar
Ucarda iki avtomobil toqquşdu -  3 yaralı + Fotolar



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə