Türkmənistan prezidenti 70 yaşında istefa verməli olmayacaq
Türkmənistan prezidenti 70 yaşında istefa verməli olmayacaq
14 Sentyabr 2016 / 13:09 / Baxış sayı: 296
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkmənistanda prezident seçilmək üçün nəzərdə tutulan yaş senzi ləğv edilib. “RİA Novosti” agentliyinin verdiyi məlumata görə, bundan başqa, prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb. Bu, Türkmənistan parlamentinin qəbul etdiyi yeni Konstitusiyada əksini tapıb. 

Parlament yeni Konstitusiyanı sentyabrın 13-də yekdilliklə qəbul edib. Prezident Qurbanqulu Berdımuhəmmədov dərhal qanunu imzalayıb və sənəd qüvvəyə minib. 2008-ci ildə qəbul edilmiş köhnə Konstitusiyaya görə Türkmənistanda doğulmuş, bu ölkənin vətəndaşı olan, yaşı 40-dan 70-ə qədər şəxslər prezident seçilə bilərdi.

Artıq “yaşı 70-dən yuxarı olmayan” tələbi qanundan çıxarılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə