Загрузка...

bizimxeber.az

İçtimai Siyasi Xəbər Portalı

Türkiyə pilotsuz uçan aparatı vurdu

2381 oxunma | Tarix: | 2 ay öncə
Türkiyə hərbi hava qüvvələri Suriya ilə sərhəddəki Kilis bölgəsində naməlum pilotsuz uçan aparatı (PUA) vurub. Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə bir gün öncə baş verib: “Hansı dövlətə mənsub olduğu və tipi müəyyən edilməyən PUA sentyabrın 28-də “Ərəfat qalxanı” əməliyyatı rayonunda və Kilis əyalətinin qərbində Türkiyənin hava sərhədini altı dəfə pozub. Yerli vaxtla saat 13:24-də o, İncirlik aviabazasından qalxan iki “F-16” qırıcıları tərəfindən vurulub”.

XƏBƏRLƏR:  Tramp yumşaldı: "Huawei"ə güzəşt müddəti uzadılır

Qeyd olunur ki, PUA-nın qalıqları Kilis əyalətinin ərazisindəki Çıldıroba hərbi bazasının bölgəsinə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir