“Türkiyənin üzərinə götürdüyü və əməl etməyə məcbur olduğu öhdəliklər var”
“Türkiyənin üzərinə götürdüyü və əməl etməyə məcbur olduğu öhdəliklər var”
01 Avqust 2016 / 15:16 / Baxış sayı: 554
Font1 Font2 Font3 Font4
Bizimxeber

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Türkiyə səfəri öncəsi rəsmi Ankaraya xəbərdarlıq edib. Norveçli baş katib ölkəsində bir telekanala müsahibəsində Türkiyədəki hərbi çevrilişdən sonra yaşanan olaylarla bağlı danışıb. 

Avqustun 3-də Ankaraya səfəri çərçivəsində prezident Rəcəb Tayyib Tayyib Ərdoğanla yanaşı, hökümət üzvləri, siyasi partiya liderləri və millət vəkilləri ilə görüşəcəyini deyən Avropa Şurasının baş katibi keçirəcəyi danışıqlarda çevriliş cəhdindən sonra aparılan “təmizlik” əməliyyatlarınının müzakirə ediləcəyini bildirib:

“Görüşlərdə Avropa İnsan hüquqları Konvensiyasının standartlarını xatırlatmaq məcburiyyətindəyik. Türklər Avropa İnsan Hüquqları Konvensiyasında yer alan insan hüquqlarına laqeyd qalmamalı, bundan qaça bilməyəcəklərini anlamalıdırlar. İnsanlar məhkəmə qərarı olmadan cəzalandırılmamalıdır. Çevriliş cəhdində iştirak edənlərlə Avropa Konvensiyasının müddəalarını çərçivəsində davranılmalıdır. Türkiyənin üzərinə götürdüyü və əməl etməyə məcbur olduğu öhdəliklər var”.

Bizimxeber.AZ



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə