Türkiyənin səfirliyinin əməkdaşı Rusiyaya qaçıb
Türkiyənin səfirliyinin əməkdaşı Rusiyaya qaçıb
12 Avqust 2016 / 11:17 / Baxış sayı: 536
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin Banqladeşdəki səfirliyinin əməkdaşı Rusiyaya qaçıb.

“Report” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan həmin diplomat Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişinə cəhdində iştirakda şübhəli bilinir.

İnformasiyada bildirilib ki, Rusiyaya qaçan diplomat da səfirliyin geri çağırılan 3 əməkdaşından biridir.

Qeyd edək ki, Türkiyənin Banqladeşdəki səfirlyinin iki diplomatı, o cümlədən müvəqqəti işlər vəkili ABŞ-a qaçıb. Rusiyaya qaçan diplomat özü ilə birlikdə ailə üzvlərini də götürüb.

Banqladeşin Xarici İşlər Nazirliyindən bildirilib ki, Ankara onların diplomatik pasportlarını ləğv edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə