Türkiyənin Baş Qərargahı Quru, Hava və Dəniz qüvvələri üzərindəki nəzarətdən məhrum edilib
Türkiyənin Baş Qərargahı Quru, Hava və Dəniz qüvvələri üzərindəki nəzarətdən məhrum edilib
01 Avqust 2016 / 18:39 / Baxış sayı: 564
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin Quru Qoşunları, Hərbi Dəniz və Hərbi Hava Qüvvələri Silahlı Qüvvələri ölkənin Baş Qərargahının tabeliyindən çıxarılaraq Milli Müdafiə Nazirliyinə tabe edilib.

Bundan əlavə Türkiyənin prezidenti və baş naziri dərhal icra edilməli hərbi əmrlər vermək hüququ alıblar.

Həmçinin hərbi təhsil müəssisələrinin bir hissəsi hakimiyyətə tabe olan Milli Müdafiə Universitetinin idarəsinə köçürülüb, hospitallar isə Türkiyə Səhiyyə Nazirliyinin nəzarəti altına keçib. Milli Müdafiə Universiteti peşəkar yerüstü, dəniz və hərbi hava qüvvələrinin hərbi məktəblərindən ibarət olacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə