Türkiyənin baş naziri İslam Kərimovun vəfatına görə başsağlığı verdi
Türkiyənin baş naziri İslam Kərimovun vəfatına görə başsağlığı verdi
02 Sentyabr 2016 / 15:02 / Baxış sayı: 782
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin baş naziri Binəli Yıldırım Özbəkistan prezidenti İslam Kərimovun vəfatı ilə bağlı başsağlığı verən ilk xarici ölkə hökumət başçısı olub.

Virtualaz.org xəbər verir ki, Binəli Yıldırım az əvvəl hökumətin iclasında Özbəkistan prezidentinin vəfatına görə başsağlığını çatdırıb. “Özbəkistan prezidenti İslam Kərimov vəfat edib. Allah rəhmət eləsin. Türkiyə cümhuriyyəti adından özbək xalqına başsağlığı verirəm”-Binəli Yıldırım deyib.

Hələlik rəsmi Daşkənd prezidentin öldüyünü açıqlamayıb. Bununla belə hökumət dairələrindən İslam Kərimovun qoşulduğu süni tənəffüs aparatından ayrıldığını bildiriblər. “Rosbalt” xəbər verir ki, hazırda Kərimovun vətəni Səmərqənddə onun cənazəsini gətirən təyyarənin enməsini gözləyirlər. Jurnalistlər şəhər əhalisinin az qala yarısının aeroportun ətrafına toplaşdığını bildirir. Şəhər məktəblərində dərslər ləğv edilib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə