Türkiyədəki dəhşətli terrorun görüntüləri yayıldı — FOTOLAR + VİDEO
Türkiyədəki dəhşətli terrorun görüntüləri yayıldı — FOTOLAR + VİDEO
04 Noyabr 2016 / 12:38 / Baxış sayı: 2038
Font1 Font2 Font3 Font4
Bizimxeber

11.21

Diyarbəkirdə partlayış zamanı 1 nəfər vəfat edib, 50 nəfər isə yaralanıb. Partlayış 1 km-lik sahədə təsirli olub.

Valilikdən verilən xəbərə görə, maşına quraşdırılmış bomba əsasən mülki əhalinin və tələbələrin sıx olduğu Aydın Arslan bulvarında işə düşüb.

Polisin məlumatına görə, partlayışı PKK terror təşkilatı həyata keçirib.

Hazırda bölgədə geniş əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
—————————————————————————————–

10.25

Türkiyənin Diyarbəkir vilayətində Bağlar ərazisində polis idarəsinə bombalı hücum həyata keçirilib.

Ölkə.Az xəbər verir ki, partlayışın gücü bütün şəhərdə hiss edilib. Əraziyə çoxsaylı təcili tibbi yardım maşınları cəlb edilib.

Verilən xəbərə görə, partlayışın dalğası çox güclü olub və hadisə şahidlərinin bildirdiyinə görə, yaxınlıqda yerləşən bəzi ev və binalar uçub.

İlkin məlumatlara görə hadisə zamanı 6 nəfər yaralanıb. Bombalı hücumdan sonra ərazidə atışma səsləri də eşidilib.\ölkə.az\

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə