Türkiyədəki çevriliş cəhdinə görə iki azərbaycanlı kursant da saxlanılıb
Türkiyədəki çevriliş cəhdinə görə iki azərbaycanlı kursant da saxlanılıb
25 İyul 2016 / 14:28 / Baxış sayı: 662
Font1 Font2 Font3 Font4
Bizimxeber

İyulun 15-də Türkiyədə çevrilişə cəhddə ittiham olunan əsgərlər arasında azərbaycanlı da var. 

Virtualaz.org xəbər verir ki, Nazim Məmmədov adlı kursant həbsinə yetərli sübut olmadığından daha sonra buraxılıb. Türkiyənin «Milliyet» qəzeti belə yazır.

Qəzet İstanbuldakı Kuleli Hərbi Liseyinin saxlanılmış müdavimlərinin 15 iyul çevrilişinə qatılıb-qatılmadıqlarına dair ifadələrini yayıb.Müdavimlər bildiriblər ki, çevrilişə cəhd günü polkovnik rütbəli  Mürsel Çıkrıkcı bir neçə yüksəkrütbəli hərbçi ilə sıravi əsgərləri təlim adıyla Çengelköy deyilən əraziyə apararaq, onlara «xalqa atəş açmaq» əmri verib.«Milliyet»dəki yazıda əsgərlərin ətraflı ifadələri yer alıb.

Həmin liseyin 36 müdavimi tutulub, 16 müdavim sərbəst buraxılıb.Azərbaycanlı Nazim Məmmədov də sərbəst buraxılanlar arasındadır. O, ifadəsində hərbi liseydə oxuduğunu – qonaq tələbə olduğunu deyərək, həmin gecə onlara tapşırıq verildiyini də bildirib.

«Bu, normal hal idi. Qonaq evində qalırdım. Gecə yoldaşlarımdan biri olaydan danışandan sonra televiziyaya baxdım. Nə baş verdiyini də oradan öyrəndim. Sadəcə, hərbçilərin küçəyə çıxdığını gördüm. Qonaq evi məktəbin aşağı səmtindədir. O biri müdavimləri görmək ehtimalım yox idi. Mənə telefonla ətrafda komandirin olub-olmadığını soruşdular. Girişə doğru getdim. Bir qaraltı gördüm, sonra geri qayıtdım və qapını bağlayaraq yatdım. Səhər oyananda başqa bir azərbaycanlı – Əmrah Əmirov adlı yoldaşım gəldi. O da qonaq evində qalırmış. Birlikdə əşyalarımızı toplayıb bayıra çıxdıq. Girişdə polislər vardı. Bizi çağırdılar. Hadisələrdə iştirak edib-etmədiyimizi soruşdular. «Heç bir məlumatımız yoxdur» desək də, bizi apardılar».

Azərbaycanlı Nazim Məmmədov həbsinə yetərli dəlil olmadığına görə buraxılıb.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə