Türkiyədə Yüksək Hərbi Şura toplandı
Türkiyədə Yüksək Hərbi Şura toplandı
28 İyul 2016 / 15:19 / Baxış sayı: 672
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin baş naziri Binəli Yıldırımın rəhbərliyi ilə Çankaya köşkündə Yüksək Hərbi Şuranın toplantısı başlayıb. Lent.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, əvvəllər Baş Qərargahda keçirilən Yüksək Hərbi Şura ilk dəfə qərargah xaricində keçirilir.

Toplantı salonunun qarşısında isə əvvəlki illərdən fərqli olaraq əsgərlər deyil, mülki mühafizə əməkdaşları yer alıb. İclasın əsas mövzusu hərbi çevrilişə cəhd və hərbi strukturlarda islahatlardır. Çevrilişə cəhddən sonra Türkiyə Silahlı Qüvvələrindən xaric edilən yüksək rütbəli hərbçilərin yerinə yeni təyinatların olacağı da gözlənilir.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə