Türkiyədə növbəti terror təhlükəsi
Türkiyədə növbəti terror təhlükəsi
03 Noyabr 2016 / 18:53 / Baxış sayı: 790
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə polisi ölkənin cənubundakı Qaziantep vilayətində təhlükəsizlik tədbirlərini gücləndirib.

Trend-in verdiyi məlumata görə, bu tədbirlər İŞİD tərəfindən ola biləcək terror aktı təhlükəsi ilə bağlıdır.

Bölgəyə əlavə təhlükəsizlik qüvvələrinin cəlb olunduğu deyilir. Bundan başqa, yerli polisin İŞİD-ə qarşı yeni əməliyyatlara hazırlaşdığı da məlumat verilib.

Qeyd edək ki, ötən ayın ortalarında Türkiyə Milli Kəşfiyyat İdarəsi ölkənin bütün vilayətlərində İŞİD tərəfindən terror aktları törədilə biləcəyini demişdi.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə