Türkiyədə növbəti terror: 1 nəfər ölüb, çox sayda yaralı var – FOTOLAR (YENİLƏNİB)
Türkiyədə növbəti terror: 1 nəfər ölüb, çox sayda yaralı var – FOTOLAR (YENİLƏNİB)
04 Noyabr 2016 / 11:21 / Baxış sayı: 498
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə növbəti terror aktı törədilib. Hadisə Diyarbəkirdəki Terrorla Mübarizə və Çevik Polis Alayının binasının qarşısında – həbsxanadan 200 metr aralıda baş verib.

Terrorçuların binaya bombalı hücumundan sonra atışma başlayıb. Əraziya çox sayda ambulans göndərilib. İlkin məlumatlara görə, 30-dan artıq yaralı var. Ölənlərin olub-olmaması barədə məlumat verilmir. Qeyd edək ki, ötən axşam Türkiyədə HDP sədri Səlahəddin Demirtaş da daxil olmaqla 11 deputat terrora dəstək ittihamı ilə həbs olunub.

* * *

Son məlumata görə, partlayış nəticəsində 1 nəfər həlak olub. 30-dan artıq yaralı var. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Bizimxeber.az

tuek terror5 tuek terror0 tuek terror3 tuek terror5 tuek terror6 - копия tuek terror6 tuek terror88 turk terror1



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə