Türkiyədə növbəti PKK təxribatı: icra başçısı yaralandı
Türkiyədə növbəti PKK təxribatı: icra başçısı yaralandı
10 Noyabr 2016 / 15:32 / Baxış sayı: 382
Font1 Font2 Font3 Font4
Bizimxeber

PKK terrorçularının Türkiyənin Mardin vilayətinin Derik rayonunda yerli icra orqanına məxsus inzibati binaya açdığı raket atəşi nəticəsində 3 nəfər yaralanıb.

Hadisə nəticəsində xəsarət alan icra başçısı Məhəmməd Fatih Safitürk Ankara xəstəxanasına aparılıb.

***
14:06

Türkiyənin cənub-şərqindəki Mardin vilayətinin Derik rayonunda yerli icra orqanının inzibati binası qarşısında partlayış baş verib.

“Haber 7” qəzetinin verdiyi məlumata görə, hadisə nəticəsində icra başçısı Fatih Safitürk yüngül xəsarət alıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası göndərilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə