Türkiyədə hakim partiyadan parlamentə şok təklif – “Təcavüzçü uşaqla evlənərsə…”
Türkiyədə hakim partiyadan parlamentə şok təklif – “Təcavüzçü uşaqla evlənərsə…”
18 Noyabr 2016 / 12:10 / Baxış sayı: 980
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə parlamentə təqdim olunan qanuna dəyişikliklə bağlı təklif ölkədə qızğın müzakirələrə yol açıb.

Bizimxeber.az  xəbər verir ki, hakim AK partiya tərəfindən irəli sürülən təklifdə qeyd edilir ki, uşaqlara cinsi təcavüzlə bağlı cinayətlərdə cinayətkar qurbanla evlənərsə cəzası təxirə düşə bilər. MHP və CHP qanuna dəyişikliklərlə bağlı təklifə sərt etirazlarını bildiriblər.

Ədliyyə naziri Bekir Bozdağ isə “həbsxanalarda bu cinayətlə ittiham olunan 3-4 min insan var. Bu dramda ən böyük qurban qadındır. Problemi həll etməyə çalışırıq” deyə məsələyə münasibətini bildirib. Nazir dəyişiklik qəbul ediləcəyi halda 3-4 min şəxsin azadlığa çıxacağını qeyd edib.

Təklif CHP və MHP-nin etirazlarına rəğmən, ilk səsvermədə qəbul edilib. Müxalifət deputatlarının açıq səsvermə tələbindən sonra 184 səsi ala bilməyən təklifə gələn həftə yenidən baxılacaq.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə