Türkiyədə “fətullahçı”larla əlaqəli 2000-dən artıq məktəb və müəssisə – Bağlandı
Türkiyədə “fətullahçı”larla əlaqəli 2000-dən artıq məktəb və müəssisə – Bağlandı
23 İyul 2016 / 12:09 / Baxış sayı: 742
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə 1043 özəl təhsil müəssisəsi bağlanıb. Məlumata görə, ölkədə elan olunan fövqəladə vəziyyət çərçivəsində bağlanan müəssisələr arasında 1043 özək məktəb, 1229 dərnək, 35 səhiyyə müəssisəsi, 19 həmkarlar təşkilatı və s. var.

Fövqəladə vəziyyət çərçivəsində şübhəlilərin saxlanılma müddəti 30 günədək artırılıb. Bundan əvvəl həmin müddət 48 saat idi. Bağlanan müəssisələrin ABŞ-da yaşayan və Ankaranın hərbi çevrilişin təşkilində ittiahm etdiyi Fətullah Gülənlə əlaqədə olduğu bildirilir.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd olub.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə