Türkiyədə Çevik Polis Alayının idarəsi partladıldı
Türkiyədə Çevik Polis Alayının idarəsi partladıldı
26 Avqust 2016 / 10:21 / Baxış sayı: 834
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda Çevik Polis İdarəsinə silahlı basqın olub.

Yerli mətbuat xəbər verir ki, idarədə güclü partlayış törədilib. Partlayış nəticəsində bina tamamilə dağılıb.

Hələlik hadisə nəticəsində ölən və ya yaralananlar barədə məlumat yoxdur. Hadisə yerinə 12 təcili tibbi yardım maşını, 2 təcili tibbi yardım helikopteri və xilasetmə briqadaları, qonşu rayonlardan hərbçilər və polislər cəlb olunub.

Hazırda ərazidə atışma səsləri eşidilir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə