Türkiyədə Aydın Taşın saytı bağlandı
Türkiyədə Aydın Taşın saytı bağlandı
23 Noyabr 2016 / 13:21 / Baxış sayı: 542
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin rəsmi dövlət qurumları bir neçə gün öncə Azərbaycan əleyhinə fəaliyyəti ilə tanınmış “kurultay.com.tr” adlı internet qəzetinin fəaliyyətini dayandırıb. Bu barədə APA bildirir. Məlumata görə saytın baş redaktoru, eyni zamanda “Azadlıq” qəzetinin Ankara təmsilçisi Aydın Taşın jurnalist vəsiqəsi də ləğv edilib. 

Aydın Taş həm başçılıq etdiyi saytda, həm “Azadlıq” qəzetində müntəzəm olaraq Azərbaycan hakimiyyəti barədə sərt məqalələr yazırdı. Mənbə əlavə edib ki, internet qəzetin fəaliyyətinin dayandırlmasına səbəb burda Azərbaycan xalqı və dövləti haqqında həqiqətə uyğun olmayan, qərəzli informasiyaların yayımının olmasıdır.

Məlumata görə, Türkiyədə bu cür fəaliyyəti davam etdirən, həmçinin “erməni diasporu və bəzi xarici dairələr tərəfindən idarə olunan, təlimatlandırılan və Azərbaycana qarşı yönəldilən digər media orqanları və jurnalistlərə” qarşı da ciddi tədbirlərin həyata keçirilməsinə başlanılıb. Artıq onlardan bir neçəsinə bu fəaliyyətləri ilə bağlı ciddi xəbərdarlıq edilib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə