Türkiyədə 13 min məmur 6 illik maaşını dövlətə qaytaracaq
Türkiyədə 13 min məmur 6 illik maaşını dövlətə qaytaracaq
17 Avqust 2016 / 14:28 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyədə dövlət qulluğunda çalışan 13 min məmura verilən 6 illik əmək haqqı geri alınacaq.

Türkiyə KİV xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi, Milli Kəşfiyyat Təşkilatı (MİT), Milli Təhsil Nazirliyi də daxil olmaqla başqa qurumlarda fəaliyyət göstərən həmin məmurlar aldıqları 6 illik maaşları faizi ilə dövlətə geri qaytaracaqlar.

Məlumatda bildirilib ki, hər məmur orta hesabla 300 min türk lirəsi (165 min manat və ya 102 min dollar) məbləğində pulu dövlətə qaytaracaq.

Qeyd edək ki, 2010-cu ildə dövlət qulluğunda işləmək üçün 150 min nəfər imtahan verərək məmur olub. Onların 13 mini imtahanlardan saxta yolla keçib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə