Türkiyə tankları Suriyaya girməyə hazırlaşır
Türkiyə tankları Suriyaya girməyə hazırlaşır
24 Avqust 2016 / 11:38 / Baxış sayı: 588
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə silahlı qüvvələrinin ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın hava dəstəyi ilə Suriyanın şimalındakı Cerablus bölgəsini İŞİD terrorçularından təmizləmək üçün bu gün səhərə yaxın başlatdığı irimiqyaslı hərbi əməliyyatlar davam edir. 

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, güclü artilleriya hazırlığından sonra Cerablus bölgəsindəki İŞİD hədəflərinə hava zərbələri endirilib. Əvvəlcədən müəyyən edilmiş 12 hədəfin hamısının vurulduğu bildirilir.

Hərbi mənbələr Türkiyə ordusunun qurudan Suriya ərazisinə daxil olduğunu təsdiqləmir. Lakin bildirilir ki, tankların və digər texnikanın sərhədi keçməsi üçün buldozerlər yol açır. “Reuters” isə öz mənbələrinə istinadən Türkiyə xüsusi təyinatlı qüvvələrinin artıq Cerablus bölgəsinə daxil olduğunu bildirir. Xüsusi təyinatlı qüvvələrin komandanı, general Zekai Aksakallı əməliyyata komandanlıq edir.

Cerablus bölgəsi Hələb vilayətinə daxildir və Türkiyə ilə bilavasitə sərhəddə yerləşir. Neçə vaxtdır ki, İŞİD həmin bölgədən Türkiyənin sərhədyanı yaşayış məntəqələrini minomyot və top atəşinə tuturdu. Son məlumatlara görə Türkiyə tankları sərhədin sıfır nöqtəsində mövqe seçib və artilleriya hazırlığı tamamlanandan sonra Cerablusa daxil olması gözlənilir. Ehtimal ki, əməliyyat Rusiya ilə razılaşdırılıb.

***
09:33

Türkiyə ordusunun xüsusi təyinatlı qüvvələri və koalisiya aviasiyası Suriyanın Hələb mühafəzəsinin Cerablus şəhərinin İŞİD terror təşkilatından azad edilməsi üzrə hərbi əməliyyatlara başlayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. “Türkiyə ordusu, koalisiyanın hava qüvvələri Suriyada Cerablsun İŞİD-dən təmizlənməsi üzrə hərbi əməliyyata başlayıb”, – deyə məlumatda bildirilir.

Agentlik rəsmi şəxslərə istinadən xəbər verir ki, əməliyyat Türkiyə sərhədlərinin terror qruplaşmalarından təmizlənməsi və Suriyanın ərazi bütövlüyünə dəstəyə yönəlib. Həmçinin məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri Cerablusda İŞİD-in mövqelərinə zərbələr endirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə