Türkiyə qırıcıları PYD/YPG terrorçularının mövqelərini dağıtdı
Türkiyə qırıcıları PYD/YPG terrorçularının mövqelərini dağıtdı
20 Oktyabr 2016 / 11:01 / Baxış sayı: 640
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə qırıcıları Suriyada PYD/YPG terror təşkilatının hədəflərini vurub. Trend-in “Haber7” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri Suriyada gecə saatlarında “Fərat qalxanı” əməliyyatı çərçivəsində PYD/YPG terror təşkilatının üzvlərinə məxsus 18 döyüş mövqeyini darmadağın edib. 

Vurulan hədəflər arasında zirehli döyüş maşını və qərargah binası da var. Hələbin şimalındakı PYD mövqelərinə endirilən hava zərbələri nəticəsində PYD/PKK-nın 160-200 üzvünün zərərsizləşdirildiyi bildirilir.

Bizimxeber.az.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə