Türkiyə ordusuna 30 min nəfər qəbul elan edildi
Türkiyə ordusuna 30 min nəfər qəbul elan edildi
16 Noyabr 2016 / 15:56 / Baxış sayı: 564
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə Silahlı Qüvvələri 30 159 nəfər hərbçi və mülki şəxsin qəbulunu elan edib.

Bizimxeber.az Trend-ə istinadən bildirir ki, bu barədə elan Türkiyə Müdafiə Nazirliyinin saytında yer alıb.

Bu addım, daha əvvəl ordu sıralarından yeddi mindən çox hərbi qulluqçunun azad edilməsi bağlı atılıb.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyədə hərbi çevriliş cəhdindən sonra Silahlı Qüvvələr və digər dövlət qurumlarından minlərlə şəxs işdən azad edilib.

Onlar hərbi çevrilişə cəhddə ittiham olunan Fətullah Gülən hərəkatı ilə əlaqədə ittiham olunaraq işdən azad ediliblər.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə