Türkiyə neft-qaz kəmərlərini təxribatdan necə qoruyacaq? YENİ SİSTEM YARADILDI
Türkiyə neft-qaz kəmərlərini təxribatdan necə qoruyacaq? YENİ SİSTEM YARADILDI
01 Avqust 2016 / 17:10 / Baxış sayı: 488
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyəli mühəndislər ölkənin neft və qaz boru kəmərlərini təxribatdan qoruyacaq “Midas” adlı sistem işləyib hazırlayıblar.

“Report” bildirir ki, bu sistem fiber optik sensor vasitəsilə kəmərlərin üzərindəki ən kiçik fəallığı, o cümlədən 50 km-lik məsafədə yerləşən ərazidə avtomobil və insanların hərəkətini belə qeydə alır.

Bu sisteminin köməyi ilə Türkiyə üçün böyük əhəmiyyət kəsb edən BOTAŞ şirkətinin neft və qaz boru kəmərlərinin müdafiəsini təmin etmək nəzərdə tutulub.

Qeyd edək ki, “Midas” sistemi Bilkent Universiteti yanında NANOTAM nanotexnoloji araşdırma mərkəzi və Ankara Yaxın Şərq Texniki Universiteti ilə əməkdaşlıq sayəsində daxili resurslar hesabına hazırlanıb.

ASELSAN mühəndislərinin bu işini Türkiyə Müdafiə Sənayesi üzrə Katiblik və BOTAŞ şirkətinin rəhbərliyi qəbul edib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə