Türkiyə dünyada ən çox qaçqın qəbul etmiş ikinci ölkədir-SİYAHI
Türkiyə dünyada ən çox qaçqın qəbul etmiş ikinci ölkədir-SİYAHI
04 Oktyabr 2016 / 14:29 / Baxış sayı: 530
Font1 Font2 Font3 Font4
Bizimxeber

Dünyada qaçıqınlar acınacaqlı vəziyyətdədir.

Bu barədə Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.

BMT-nin Qaçqınların İşi üzrə Komissarlığının məlumatına əsasən, təşkilatın hazırladığı sənəddə qaçqınları qəbul edən 10 dövlətin siyahısı dərc olunub:

1. İordaniya – 2,7 mln. nəfərdən çox (ölkə əhalisinin 28 faizi);

2. Türkiyə – 2,5 mln. nəfərdən çox (ölkə əhalisinin 3 faizi);

3. Pakistan – 1,6 mln. nəfərə yaxın (ölkə əhalisinin 1 faizindən az);

4. Livan – 1,5 mln. nəfər yaxın (ölkə əhalisinin 33 faizi);

5. İran – 979 min 400 nəfər (ölkə əhalisinin 1 faizindən çox);

6. Efiopiya – 736 min 100 nəfər (ölkə əhalisinin 1 faizindən az);

7. Keniya – 553 min 900 nəfər (ölkə əhalisinin 1 faizindən çox);

8. Uqanda – 477 min 200 nəfər (ölkə əhalisinin 1 faizindən çox);

9. Konqo Demokratik Respublikası – 383 min 100 nəfər (ölkə əhalisinin 0,5 faizindən çox);

10. Çad – 369 min 500 nəfər (ölkə əhalisinin 3 faizinə yaxın).

Məlumata görə, Almaniya və Kanada hökumətləri başqa varlı dövlətlərlə müqayisədə daha çox qaçqın qəbul edib. Avstraliya və Britaniya isə 2011-ci ildən indiyədək 8 min suriyalı qaçqın qəbul etdiyi üçün tənqid olunub. Avstraliyada cəmi 58 min nəfərə qaçqın statusu verilib. (“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə