Türkiyə daxili işlər nazirinin istefa səbəbi bəlli oldu
Türkiyə daxili işlər nazirinin istefa səbəbi bəlli oldu
01 Sentyabr 2016 / 11:53 / Baxış sayı: 776
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyənin daxili işlər naziri Əfqan Alanın istefaya getməsinin səbəbi prezident Rəcəb Tayyib Ərdoğanın onun işindən narazı qalması ilə bağlıdır. Bu barədə “Hürriyet” qəzeti məlumat verib.

Qəzetin daha əvvəl verdiyi məlumata görə, Ə.Ala qeyd etmişdi ki, ölkə kəşfiyyatının 7 min işçisindən təqribən 6,5 mini Fəthullah Gülən hərəkatının tərəfdarıdır və bu bəyanat Türkiyə hökuməti tərəfindən olduqca mənfi qarşılanmışdı.

Ə.Alanın istefasının digər səbəbi isə hərbi çevriliş günü onunla əlaqə saxlamağın mümkün olmaması ilə əlaqədardır. Məlumata görə, həmin vaxt daxili işlər naziri Ankarada yox, Ərzurum vilayətində olub. Qeyd edək ki, istefadan əvvəl Ankarada Ə.Ala ilə Azərbaycanın daxili işlər naziri Ramil Usubov arasında görüş olmuşdu.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə