Türkiyə beşinci nəsil F-35-lər alır
Türkiyə beşinci nəsil F-35-lər alır
01 Noyabr 2016 / 15:42 / Baxış sayı: 1344
Font1 Font2 Font3 Font4
Bizimxeber

Türkiyə beşinci nəsil F-35-lər alır . Bunu jurnalistlərə Türkiyə Baş naziri Binəli Yıldırım Hava Qüvvələrindəki 48 ədəd F-4E/2020 tipli reaktivin invertardan çıxarılacağı və F-35-lərlə əvəzlənəcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən söyləyib. Onun sözlərinə görə, Türkiyə özünün müdafiə sənayesini daha da gücləndirəcək:

“26 layihəni inkişaf etdirəcəyik. 2018-ci ildə F-35-lərin ilk hissəsi Türkiyəyə gələcək. Bu təyyarələrin detallarının böyük bir qismi Türkiyədə istehsal ediləcək”.

Qeyd edək ki, F-35 təyyarələr indiyə qədər dünyanın ən müasir qırıcı-bombardmançıları hesab edilir. Bu təyyarələrin hazırlanması proqramını ABŞ, Böyük Britaniya, İtaliya, Niderland, Kanada, Türkiyə, Avstraliya, Norveç, Danimarka maliyyələşdirib. Hazırda F-35-lər ABŞ, Böyük Britaniya, İsrail, Avstraliya ordularında istifadə edilir. Onların qiyməti 83 milyon dollardan başlayır.

Bizimxeber.az

 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə