Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolu xətti çəkilə bilər
Türkiyə, Azərbaycan və Ermənistanı birləşdirəcək dəmir yolu xətti çəkilə bilər
09 Sentyabr 2016 / 22:20 / Baxış sayı: 846
Font1 Font2 Font3 Font4
Bizimxeber

İran Türkiyə, Azərbaycan (Naxçıvan Muxtar Respublikası) və Ermənistanın şəhərlərini birləşdirəcək dəmir yolu xətti inşa etməyi planlaşdırır.

Bu barədə İranın yol və şəhər inkişafı naziri Abbas Axundiyə istinadən “İran.ru” agentliyi məlumat yayıb.

Axundi bildirib ki, İran ölkənin şimal şəhəri Rəşt və Türkiyəni dəmir yolu vasitəsi ilə birləşdirməyə çalışır.

“Biz Rəştdən Zəncan və Təbriz istiqamətində bütün dəmir yollarını hazırlayırıq. Bu dəmir yolu Türkiyə, Ermənistan və Naxçıvanın şəhərlərini birləşdirəcək”, – deyə o bildirib. (“Report”)

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə