Türkan Şoray Bakıya gəldi – VİDEO
Türkan Şoray Bakıya gəldi – VİDEO
17 Noyabr 2016 / 18:10 / Baxış sayı: 1586
Font1 Font2 Font3 Font4
Bizimxeber

Xəbər verdiiymiz kimi, Türkiyənin məşhur aktrisası Türkan Şoray Bakıdadır.

Bizimxeber.az-ın məlumatına görə, hazırda aktrisa Xəzər Universitetində qonaqdır.
Qeyd edək ki, Türkan Şoraya Avrasiya Akademiyasının fəxri üzvü diplomu və Avrasiya Akademiyasının “Avrasiya Əfsanəsi” mükafatı veriləcək. O, Avrasiya Akademiyasına üzv seçilən və “Avrasiya Əfsanəsi”nə layiq görülən ilk qadındır.
Türkan Şoray jurnalistlərə açıqlamasında vətənimizə gəlməkdən şad olduğunu deyib:
“Təkrar Bakıda olduğum üçün çox sevincliyəm. Bizi yalnız buraxmadığı üçün sevənlərimə təşəkkür edirəm. Qardaş, dost ölkədə üçüncü dəfə olmaqdan çox xoşbəxtəm. İnsanların sevgisini hiss edirəm. Bu məni çox sevindirir. Bütün azərbaycanlıları çox sevirəm”.
Xəzər Universitetində Türkan Şorayın şərəfinə görüş keçirilib. Tədbirdə Türkiyənin ölkəmizdəki səlahiyyətli səfiri Erkan Özoral, Sabir Rüstəmxanlı, Rasim Balayev, Ramiz Rövşən, Fidan Hacıyeva, Ramiz Quliyev və b. iştirak edir.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə