“Turizmdə 5 ulduz” layihəsi…
“Turizmdə 5 ulduz” layihəsi…
21 Oktyabr 2016 / 17:25 / Baxış sayı: 790
Font1 Font2 Font3 Font4
Bizimxeber

15-18 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyə dəstəyi Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Turizm İnstitutu məzunları İctimai Birliyinin təşkilatçılğı ilə Azərbaycan Turizm və Menecment Universitetində “Turizmdə 5 ulduz” layihəsi həyat keçirilib.

Layihənin məqsədi turizm sahəsi üzrə təhsil alan, işləyən gənclərin turizm biliklərinin artırılması və onların fəaliyyətinin peşəkarlaşdırılmasıdır. Layihə 5 gün davam edib, layihə çərçivəsində iştirakçılara turizm xidmət sahəsinin bələdçilik, Otel, Restoran, davranış və jestlər, obyektin təqdimatı istiqaməti üzrə təlim paketi keçirililib.

Təlim paketinə daxil olan turizm xidmət sahəsinin istiqaməti üzrə təlimləri Azərbaycan Turizm və Menecment Universitetinin Təlimlər mərkəzinin təlimçisi Səkinə Əsgərova Universitetin məzunu AAAF Holding Şirkətinin Turizm və Qonaqpərvərlik Departmentinin rəhbəri Cavid Cəbiyev tərəfindən həyata keçirilib.

Layihənin sonuncu günü təltif etmə mərasimi keçirilib, təltif etmə mərasimində Azərbaycan Turizm İnstitutu Məzunları İctimai Birliyi (ATİMA) sədri Ağamir Ağamirovda iştirak edib və iştirakçılar sertifikartlarla təltif olunublar. Layihə rəhbəri – Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi Aygün Fetullayevadır.

Bizimxeber.az

6 IMG_9598 IMG_9577 1



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə