Trump-ın qələbəsindən sonra Kuba hərbi manevrlər keçirəcəyini bəyan edib
Trump-ın qələbəsindən sonra Kuba hərbi manevrlər keçirəcəyini bəyan edib
10 Noyabr 2016 / 11:01 / Baxış sayı: 986
Font1 Font2 Font3 Font4
Bizimxeber
  • Kuba Qala Stratejik Manevrlərini ən son 2013-cü ildə keçirib

Kuba höküməti “düşmənin bir sıra hərəkətlərinə” qarşı hazır olmaq üçün beş gün ərzində hərbi manevr keçirəcəyini bəyan edib.

Kuba hərbi manevrləri respublikaçı namizəd Donald Trump-ın ABŞ prezident seçkilərindəki qələbəsi ilə əlaqələndirməyib.

Amma analitiklər deyirlər ki, keçmişdə bu cür manevrlərin keçirilməsi, gərginlik vaxtları və ya ABŞ-a mesaj göndərmək məqsədi ilə təşkil edilirdi.

Öz kampaniyası ərzində, cənab Trump son zamanlar Kuba və ABŞ munasibətlərinin nizamlanmasına qarşı çıxacağını demişdi.

Kubanın müdafiə nazirliyi, manevrlər barədə məlumatı dövlət qəzeti Granma-da dərc edib.

Başlıqda yazılıb:

Manevrlər barədə məlumat dövlət qəzeti Granma-da dərc edilib

Bəyanatda deyilir ki, Qala Strateji Manevrləri adlı hərbi manevrlər 16 və 18 noyabr tarixləri arasında keçiriləcək. Bundan sonra isə Kubanın Milli Müdafiə Günlərini qeyd etmək üçün, manevrlər 19-20 noyabr arası əlavə iki gün davam edəcək.

Bəyanatda yazılıb ki, manevrlərin məqsədi “əsgərləri və əhalini düşmənin bir sıra hərəkətlərinə qarşı hazırlamaqdır”.

Qala Strateji Manverləri ilk dəfə Ronald Reagan ABŞ prezidenti seçildikdən sonra, 1980-cı ildə, keçirilib.

Cənab Trump-ın seçki qələbəsi ABŞ prezidenti Barack Obama və cənab Castro-nun iki ölkə arasındakı münasibətlərin normallaşdırılması barədə bəyanatlarından iki il keçməmiş baş verib.

ABŞ prezidenti Barack Obama və Kuba lideri Raul Castro Havanada 2016-cı il martın 22-də Havananın Latinoamericano stadionunda beysbol oyununa tamaşa etmişdilər. 

Prezident Barack Obama və Raul Castro Kubada birlikdə beysbol oyununa tamaşa etmişdilər

Bu bəyanatdan sonra əlaqələrin inkişafı istiqamətində növbəti simvolik və praktik addımlar atılıb:

  • Kuba ABŞ-ın paytaxtı Washington-da səfirlik açıb
  • ABŞ Kubanın payraxtı Havanada səfirlik açıb
  • Prezident Obama Kubaya rəsmi səfərdə olub
  • İki ölkə arasında birbaşa uçuşlar bərpa edilib və səyahət məhdudiyyətləri azaldılıb
  • ABŞ-ın uzun müddət həyata keçirdiyi ticarət embarqosu aradan qaldırılmasa da, ticarət məhdudiyyətləri müəyyən dərəcədə azaldılıb

Cənab Trump özünün Kubaya yönəlik siyasətinə tam aydınlıq gətirməyib.

O “Kuba ilə açıq olmaq anlayışı” ilə prinsipcə razı olduğunu qəbul etsə də, ABŞ-ın “daha yaxşı razılıq əldə etməsinin lazım” olduğunu deyib.

Twitter-də paylaşdığı şərhdə o prezident Castro-nu prezident Obamanı hava limanında qarşılamadığı üçün hörmətsizlikdə günahlandırıb.

Donald Trump Tvitterdə yazmışdı:  “Prezident Obama indicə Kubaya enib, ciddi məsələdir, Raul Kastro heç onu qarşılamağa da çıxmayıb. Amma papanı və başqalarını qarşılayıb. Hörmətsizlikdir”

CNN telekanalında yayımlanan debat vaxtı, o “ən yaxşı razılaşmanın əldə edilməsinə qədər” ABŞ-ın Havanadakı səfirliyini bağlayaçağını deyib.

Keçmişdə cənab Trump ABŞ ticarət embarqosunu dəstəklədiyini dilə qətirib.

Bizimxeber.az 



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə