“TransTech Capital LLP” şirkətinin nümayəndəsi BBF-də olub – FOTO
“TransTech Capital LLP” şirkətinin nümayəndəsi BBF-də olub – FOTO
30 Noyabr 2016 / 14:23 / Baxış sayı: 1028
Font1 Font2 Font3 Font4
Bizimxeber

“TransTech Capital LLP” şirkətinin baş tərəfdaşı Mahmut Sinoplu “Baku Business Factory”nin (BBF) ofisini ziyarət edib. “Report” xəbər verir ki, M.Sinoplu “Baku Business Factory”nin İdarə Heyətinin üzvü Anar Əskərov və şirkətin layihələr üzrə meneceri Rəşad Məmmədovla görüşüb.

Görüş zamanı “TransTech Capital LLP” şirkətinin baş tərəfdaşına BBF şirkətində yaradılmış şərait barədə məlumat verilib. M.Sinoplu BBF-də olan layihələrlə tanış olub, iki şirkət arasında təcrübə mübadiləsi, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Xatırladaq ki, “Baku Business Factory” azərbaycanlı iş adamı, “Union Grand Energy PTE” Şirkətlər Qrupunun təsisçisi Anar Əlizadənin təşəbbüsü ilə 2015-ci ilin may ayında yaradılıb. BBF-in əsas məqsədi ölkənin iqtisadi və sosial inkişafına müsbət təsir edəcək perspektivli biznes ideyası olan gənclərə layihələrinin ilkin mərhələsində dəstək göstərməklə bu layihələrin daha sürətlə reallaşmasına və dayanıqlı olmasına şərait yaratmaqdır.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə