Trampla Putinin öpüşdüyü video internetdə rekord qırdı
Trampla Putinin öpüşdüyü video internetdə rekord qırdı
07 Noyabr 2016 / 11:31 / Baxış sayı: 666
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ prezidentliyinə Respublikaçılardan namizəd Donald Trampla Rusiya prezidenti Vladimir Putinin “öpüşmə səhnəsi” internetdə rekord qırıb.

ABŞ-ın tanınmış yumoristik tele-şou “Saturday Night Live” öz YouTube kanalında Trampla Putinin aktyorlar tərəfindən canlandırılan öpüş səhnəsini yayımlayıb.

Trampın rolunu tanınmış Hollivud aktyoru Alek Bolduin canlandırıb. O, Hillari Klintonu şəxsi e-mail ünvanı vasitəsilə xidməti yazışmalar aparmasını qınayıb. Keyt Makkinnonun canlandırdığı Demokratlar partiyasından namizəd cavab olaraq bildirir ki, milyarderə Klintona qarsı qərəzli yanaşan xüsusi xidmət orqanları kömək edir. Bu ehtimalı inkar edən “Tramp” Klintonu ittiham edən və ona ABŞ prezidenti olmaqda kömək edəcəyinə söz verən FTB əməkdaşını öpür.

Bir müddət sonra Donalt Trampın rəsmi Moskvanın və Vladimir Putinin favoriti olması barədə söhbət açılır. Milyarder tamaşaçıları inandırmağa çalışır ki, Rusiya prezidenti ilə tanış deyil. Lakin səhnəyə çılpaq bədənlə RF prezidentini canlandıran aktyor çıxanda Tramp onu da öpür. Sözügedən video iki gün ərzində 5 milyon dəfə izlənilib.



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə