Trampla Putinin əlaqələri sübut olundu…
Trampla Putinin əlaqələri sübut olundu…
31 Oktyabr 2016 / 16:13 / Baxış sayı: 1352
Font1 Font2 Font3 Font4
Bizimxeber

Demokratlar partiyasının lideri  ABŞ senatında Trampla Rusiya hakimiyyətinin əlaqələrinin artıq sübut olunduğunu iddia edib.

Belə ki, Demokratların senatdakı lideri Harri Rid FTB direktoru Ceyms Komidən Trampın Rusiya Federasiyası ilə  əlaqələrini sübut edən sənədlərin yayılmasını tələb edib.

Bizimxeber.az saytının xarici mediaya istinadən verdiyi xəbərə görə, Rid Komiyə yazdığı məktubda-“Mənim sizinlə və digər təhlükəsizliyə cavabdeh rəsmi məmurlarla görüşlərimdə aydın oldu ki, sizdə partlayış effektli məlumatlar var. Donald Trampın  və məsləhətçilərinin Rusiya hakimiyyəti ilə olan əlaqələri barədə sizdə olan məlumatlar onu təstiq edir ki, Tramp ilk fürsətdə Birləşmiş Ştatlara xəyanət edə bilər. Cəmiyyət bu məlumatları açıq aşkar bilməlidir”, –  bildirib.
“Mən sizə bir neçə ay əvvəl də bu məlumtları ictimaiyyətə açıqlamanız üçün  yazmışdım . Təhlükə ondan ibarətdir ki, bu məlumatları gizlətmək amerika maraqları ilə üst üstə düşmür. Amma buna baxmayaraq siz bu informasiyanı ictimaiyyət arasında yaymamaqda israr edirsiniz”,-Rid bəyan edib.
Həmin məktubda demokratların lideri Komini həmçinin, ABŞ-da seçkilərə 10 gün qalmış Demokratik partiyanın namizədi Hillari Klintonun elektron yazışması ilə əlaqədar istintaqa başlamasına görə qanun pozuntusunda günahlandırır. O həmçinin FTB-nin direktorunu respublikaçılara seçkilərdə kömək etməkdə ittiham edir.
Rusiya prezidenti Vladimir Putin isə əvvəlcədən bəyan edib ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın Moskvanın favoriti olması “tam cəfəngiyyatdır”.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə