Trampın qərargahı Klintonu müzakirəyə dəvət edir
Trampın qərargahı Klintonu müzakirəyə dəvət edir
24 Oktyabr 2016 / 17:12 / Baxış sayı: 716
Font1 Font2 Font3 Font4
Bizimxeber

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan Donald Trampın seçki qərargahı rəqib Demokratlar Partiyasının namizədi Hillari Klintonla müzakirələrin dördüncü mərhələsinin keçirilməsini istədiklərini bildirib.

“Report” xəbər verir ki, bu barədə D.Trampın seçki kampaniyasının meneceri Kellian Konuey WNYM radiostansiyasına müsahibəsində deyib.

“Açığı, daha çox debat görmək istərdim. Məncə, belə müzakirələr ölkəyə faydalıdır. Demokratların vaxtı olsa, daha bir debat təşkil etmək istəyirik” – K.Konuey vurğulayıb.

Xatırladaq ki, sonuncu – üçüncü müzakirələr oktyabrın 19-da keçirilib.

ABŞ-da prezident seçkiləri isə noyabrın 8-də baş tutacaq.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə