Trampın qələbəsini öncədən xəbər verən professordan növbəti proqnoz
Trampın qələbəsini öncədən xəbər verən professordan növbəti proqnoz
12 Noyabr 2016 / 16:43 / Baxış sayı: 1046
Font1 Font2 Font3 Font4
Bizimxeber

Respublika partiyasından olan namizəd Donald Trampın qələbəsini və 1984-cü ildən bu yana ABŞ prezident seçkilərinin nəticələrini əvvəlcədən dəqiqliklə xəbər verən Vaşinqtonun Amerika Universitetinin professoru Alan Lixtman bu dəfə seçilmiş prezidentə mümkün impiçment haqqında məlumat verib.

Bu barədə “The Washington Post” məlumat yayıb. Lixtmananın sözlərinə görə, ABŞ konqresi Trampı prezident vəzifəsindən kənarlaşdıra bilər. Onun yerinə Respublikaçılar partiyasının “sevimlisi” olan və özünü daha çox yaxşı yönümdən tanıdan vitse-prezident Maykl Pens gələ bilər.

“Daha bir proqnoz vermək istəyirəm. Bu mənim sistemimlə əsaslandırılmayıb, sadəcə, intuisiya ilə bağlıdır. Onlar (Respublikaçılar) Trampı prezident kimi görmək istəmirlər, çünki ona nəzarət edə bilmirlər. Yeni prezidentin nə edəcəyi bəlli deyil. Onlar Pensi – mühafizəkar, nəzarət edilən respublikaçını üstün tutacaqlar. Bundan başqa, düşünürəm ki, Tramp impiçment üçün kifayət qədər əsas yaradacaq”, – deyə Lixtman bildirib.

Bizimxeber.az



Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə