Trampın qələbəsi 306 səslə rəsmiləşdi
Trampın qələbəsi 306 səslə rəsmiləşdi
24 Noyabr 2016 / 16:12 / Baxış sayı: 926
Font1 Font2 Font3 Font4
Bizimxeber

ABŞ-ın Miçiqan ştatı noyabrın 8-də keçirilmiş prezident seçkisinin nəticələri ilə bağlı hesabat verib.

Novator.az-ın məlumatına görə, ştatın dəftərxanası bəyan edib ki, Respublikaçılar Partiyasının namizədi Donald Tramp Demokratlar Partiyasından Hillari Klintonu 10 min 704 səs qabaqlayaraq Miçiqanda qalib gəlib.
Miçiqan ştatını 538 nəfərlik Seçicilər Kollegiyasında 16 nəfər təmsil edir. Bu 16 səslə Donald Tramp Seçicilər Kollegiyasına 306 nümayəndə qazanmış olub. Hillari Klinton isə 232 nümayəndə ilə kifayətlənib.
Seçicilər Kollegiyası ştatların ümumxalq səsverməsində müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarətdir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var. 8 noyabr seçkisində Donald Tramp daha çox ştatda qalib olduğu üçün Seçicilər Kollegiyasına Hillari Klintondan çox nümayəndə göndərib. Ölkə üzrə isə Hillari Klinton Donald Trampdan 2 milyon 17 min 563 səs çox toplayıb.
Bizimxeber.az


Şərh əlavə edin







Yuxarı Geri Ana səhifə